“Əsas psixo-sosial bacarıqlar və ilkin psixoloji yardım “ mövzusunda vebinar keçirilib

16 fevral 2021

Paylaş:

Dövlət Komitəsinin “Ailə könüllüləri” layihəsi uğurla davam etdirilir, könüllülər ailələrə səfər edir, onların problemləri ilə maraqlanır, dəstək göstərirlər.  

Layihə çərçivəsində könüllülərin ailələrə ilkin psixoloji dəstəyin göstərməsi, onları düzgün xidmətlərə yönləndirməsi məqsədilə 16 fevral 2021-ci il tarixində təlimçi, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyevanın iştirakı ilə “Əsas psixo-sosial bacarıqlar və ilkin psixoloji yardım“ mövzusunda vebinar keçirilib.

Vebinarda ölkənin müxtəlif rayon və şəhərlərindən olan 25 könüllü ailə və Komitə nəzdində fəaliyyət göstərən  Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları  iştirak ediblər.

Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova iştirakçıları salamlayaraq, layihəyə 37 rayondan 51 ailənin qatıldığını və getdikcə bu sayın daha da artdığını, ailə könüllülərinin milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliğinə töhfə verdiyini bildirib. G. Məmmədova keçirilən təlimin həssas qrupdan olan ailələrlə görüşərkən könüllülərin daha professional işləmələrinə kömək edəcəyini, gələcək fəaliyyətlərində faydalı olacağını qeyd edib.

Elmira Mirzəyeva həssas qrupdan olan ailələrlə işləyənlərin “Psixi sağlamlıq və sosial psixoloji yardım üzrə müdaxilə piramidası”, “Əsas sosial-psixoloji bacarıqlardan harada və nə zaman istifadə edirik?”, “COVİD-19 pandemiyasında əsas sosial-psixoloji bacarıqlar nəyə görə  vacibdir?”, “Praktiki yardım: İnsanlara öz problemlərini həll etməkdə yardım göstərmək”, “Emosional yardım: Sıxıntıda olan şəxsə yardım etmək” mövzularında maarifləndirilməsi, mövcud bilik və bacarıqlarının artırılması istiqamətində təqdimat edərək geniş məlumat verib.  

Yekunda ailələri və Dəstək Mərkəzlərinin əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb. İştirakçılar təlimi yüksək qiymətləndirərək belə təlimlərin davamlı olmasını xahiş ediblər.