6 saylı məktəb liseyin 2-ci tədris korpusunda məktəblilərin iştirakı ilə tədbir keçirilmişdir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı-na (2014-2018-cü illər) müvafiq bəndlərinə uyğun olaraq tədbirlər həyata keçirilir. Bu istiqamətdə Milli Fəaliyyət Planının uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlər görülməsi bəndi üzrə 6 iyun 2016-cı ildə 6 saylı məktəb liseyin 2-ci tədis korpusunda məktəblilərin iştirakı ilə maarifləndirici tədbir təşkil edilmişdir. Tədbir zamanı Azərbaycanda uşaq hüquqları, uşaqlarla bağlı qəbul edilmiş qanunlar və imkanlar, uşaqlara qarşı zorakılıq və onlardan müdafiə olunmağın yolları, uşaq əməyi, uşaqların internetdən təhlükəsiz istifadəsi ilə bağlı məlumatlar verilmiş, məktəblilərlə aktiv müzakirələr aparılmışdır.
Yekunda uşaqlar tərəfindən səsləndirilən suallar cavablandırılmış, təklifləri dinlənilmişdir. Bu istiqamətdə tədbirlərin davam etdirilməsi planlaşdırılır.