Uşaq inkişafı ilə əlaqədar bacarıqların artırılması sahəsində vebinar təşkil olunub

27 yanvar 2021

Paylaş:

27 yanvar 2020-ci il tarixində icmada risk qrupuna daxil olan xüsusi qayğıya ehtiyacı olan uşaqların və valideyinlərin məlumatlandırılması məqsədilə “Uşaq inkişafında valideyinlərin rolu” mövzusunda  autizmli uşaqlara valideynlərin yanaşmasını təkmilləşdirmək üçün “Birgə və Sağlam” İctimai Birliyi ilə birlikdə vebinar keçirilib.

Vebinarda Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, autizm sindiromlu uşaqları olan benefisiar ailə üzvləri və uşaq inkişafı üzrə mütəxəssislər iştirak edib. Vebinarda mütəxəssislər  tərəfindən  tətbiqi davranış analizinin, elmi əsaslı və elmi əsası olmayan tətbiq metodlarının faydaları barədə məlumat verilib.