“Vaxtın idarə olunması” mövzusunda vebinar təşkil olunub

2 fevral 2021

Paylaş:

2 fevral 2021-ci il tarixində  Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Almaniya  Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə icmada risk qrupundan olan ailələrlə işləmək üçün sosial işin qurulmasında mərkəz əməkdaşlarına “Vaxtın idarə olunması” mövzusunda vebinar keçirilib.

Vebinarda Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin və digər mərkəzlərdən olan uşaq inkişafı  üzrə işləyən əməkdaşlar,  eləcə də, digər uşaq müəssisələrində çalışan mütəxəssislər iştirak edib.

Vebinarda sosial iş yanaşması zamanı planlaşdırma və plana uyğun vaxtın idarə olunması haqqında maraqlı müzakirələr aparılıb.

Sonda iştirakçılara vaxtın təşkil olunmasına dair hazırlanmış videoçarx göstərilib.