Dövlət Komitəsinin dəstəyi ilə “Sahibkarlığın inkişafı” mövzusunda tədbir keçirilib
Paylaş:
26 yanvar 2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və KOBİA-nın birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Qəbələ UADM-in, KOBİA-nın əməkdaşları və sahibkarlar iştirak ediblər.
Tədbir çərçivəsində ölkəmizdə sahibkarlığın inkişafında dövlət tərəfindən göstərilən qayğı və dəstək mexanizmləri haqqında məlumatlar təqdim edilib. Ölkədə əlverişli biznes mühitinin yaradılması istiqamətində xarici təcrübənin öyrənilməsi və onun tətbiqi sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq xüsusilə vurğulanıb. Ailə biznesinin inkişafı, qadın sahibkarların fəaliyyətinə dəstək məqsədilə həyata keçirilən layihələr və biznes kreditlərin verilməsi üçün yaradılan imtiyazlar müzakirə edilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.