"Sağlam cəmiyyət üçün sağlam uşaq böyüdək" mövzusunda onlayn görüş keçirilib
Paylaş:
26.01.2021-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Sağlam cəmiyyət üçün sağlam uşaq böyüdək" adlı onlayn görüş keçirilib.
Görüşdə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisləri, mərkəzin xidmətlərindən bəhrələnən valideynlər və tibb işçiləri iştirak ediblər.
Görüş zamanı uşaq və valideynlərə peyvəndlərin vacibliyi haqqında geniş məlumatlar, sağlamlığın qorunması və xəstəliklərin vaxtında qarşısının alınmasına dair risk faktorlarının aradan qaldırılması məqsədilə tövsiyyələr verilib, valideynlərin sualları cavablandırılıb.
Görüşün sonunda iştirakçıların elektron ünvanlarına bukletlər göndərilib.