Dövlət Komitəsi insan alveri ilə mübarizə mövzusunda sosial çarx hazırlayıb

27 yanvar 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi insan alverinin qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirir. 

Bu tədbirlərin davamı olaraq  Dövlət Komitəsi, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.2.1.  və  4.2.3. bəndlərini rəhbər tutaraq insan alveri ilə mübarizə məqsədilə sosial videoçarx hazırlayıb. 

Hazırlanan materialı diqqətinizə təqdim edir və hər kəsi insan ləyaqətini alçaldan bu bəlaya qarşı mübarizəyə qoşulmağa, insan alveri qurbanlarına dəstək olmağa çağırırıq. 

#Biganəqalma #İnsanAlverinəQarşıMübarizəyəQoşul

https://www.youtube.com/watch?v=Zkv7-2Ab1Vo