Bugünki gəncliyin inkişafı mövzusunda onlayn görüş keçirilib

26 yanvar 2021

Paylaş:

26.01.2021–ci il tarixində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Bugünki Azərbaycan Gəncliyi” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə iştirak edən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisləri, Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın əməkdaşları müasir gəncliyin inkişafı istiqamətində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tədbir zamanı cəmiyyətin aparıcı təbəqəsini təşkil edən gəncliyin sağlam ruhda, savadlı, yüksək mənəvi dəyərlərə sahib vətəndaşlar kimi yetişməsi üçün həyata keçiriləcək birgə layihələr müzakirə edilib və belə tədbirlərin, gənclərin inkişaf və inteqrasiyasında əhəmiyyətindən danışılıb.