Vətəndaşların onlayn formatda qəbulu keçirildi

22 yanvar 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 22 yanvar 2021-ci il tarixində vətəndaşların onlayn formatda qəbulunu keçirib.

Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunan qəbulda Goranboy rayonundan olan sakinlər iştirak edib.

Qəbulda məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların müayinəsi və müalicəsi, aliment məsələləri, boşanmalardan yaranan problemlər, məhkəmə qərarlarının icrası və digər vacib məsələlər ilə bağlı ərizə, təklif və müraciətlərə baxılıb.

Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülməsi istiqamətində tapşırıqlar verilib.