Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Ölkə Direktoru Karl Kulessa ilə görüşü

9 iyun 2016

Paylaş:

Azərbaycan Respublikasında BMT-nin Əhali Fondunun qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr   həyata   keçirilib   və   davam   etdirilir.  Bu   əməkdaşlığın   səviyyəsinin  daha   da yüksəldilməsi   məqsədilə   8   iyun   2016-cı   il   tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova   ilə  BMT-nin   Əhali   Fondunun   Türkiyədəki   Nümayəndəsi   və  Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Ölkə Direktoru Karl Kulessanın görüşü keçirilmişdi.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonağı salamlayaraq, ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılıqla mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi dəstəyi nəticəsi olduğunu vurğuladı. Eyni zamanda, Komitənin sədri Ailə Strateqiyası, Məişət zorakılığı ilə mübarizəyə həsr edilmiş Milli Fəaliyyət Planının layihələrin hazırlandığı bildirmiş və selektiv abortlar, erkən nikahla və aildə zorakılıqla mübarizə ilə sahələri əhatə edəcəyini qeyd etmişdi. Hicran Hüseynova ölkədə qaçqın və məcburi köçkünlərlə aparılan reabilitasiya, sosial layihələr və müsbət təcrübə ilə qonaqlarla bölüşdü.

BMT-nin   Əhali   Fondunun   Türkiyədəki   Nümayəndəsi   və  Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Ölkə Direktoru Karl Kulessa qəbula görə xanım sədrə minnətdarlıq bildirdi. Cənab K.Kulessa ölkədə qadın hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlərin müsbət hal olduğunu qeyd etdi. Eyni zamanda, cənab Kulessa ölkədə olan selektiv abortlar və məişət zorakılığı problemlərlə mübarizənin gücləndirilməsini ehtiyacını vurğuladı. Bununla da bağlı yeni ikitərəfli layihələrin keçirilməsini təklif etdi.

Dövlət Komitəsinin sədri birqə maarifləndirici layihələrin keçirilməsi ilə bağlı dəstəyini bildirdi və BMT-nin Əhali Fondu ilə inamlı və sıx münasibətlərin olduğunu bir dəfə də qeyd etdi.

Görüş   zamanı   ikitərəfli   əməkdaşlığın   genişləndirilməsi   və   keçirilən layihələr haqqında müzakirələr aparılmışdı.