Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanı ziyarət edildi

20 yanvar 2021

Paylaş:

Yanvarın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. 
 
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.