"Uşaq psixologiyası: ətrafda baş verənlərin onlara təsiri" mövzusunda onlayn tədbir keçirilib
Paylaş:
Yanvarın 15-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Uşaq psixologiyası: ətrafda baş verənlərin onlara təsiri ” adlı onlayn tədbir keçirib. Tədbir zamanı Mərkəzin psixoloqu Ülkər Məhərrəmova və İsmayıllı Təhsil Şöbəsinin psixoloqu Ruslan Kamilov pandemiya dövründə, habelə müharibə şəraitində uşaq psixologiyasında baş verən dəyişikliklər və bununla bağlı gözləntilər barədə iştirakçılara geniş məlumat verib.
Məktəbdən, ictimai həyatdan ayrı düşmək, bundan əlavə, 2-ci Qarabağ müharibəsi uşaqların psixologiyasına da təsirsiz ötüşməyib. Məktəblilərin, valideyinlərin və müəllimlərin psixoloqlara verdikləri suallar da bunu aydın göstərdi.
Onlayn tədbirdə 52 nəfər iştitak edib.