“Nikah hüquqları” mövzusunda onlayn vebinar keçirilib
Paylaş:
08 yanvar 2021-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) erkən nikahların qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Nikah Hüquqları” mövzusunda onlayn vebinar keçirib. Vebinarda “Təmas” Regional İnkişaf İctimai Birliyinin hüquqşünası Adilə Məmmədova çıxış edib.
Vebinarın məqsədi əhali arasında pandemiya və müharibədən sonra uşaqların sağlamlığının qorunması, erkən nikaha məcbur edilmənin qarşısının alınması, qadın hüquqlarının öyrənilməsi, mülk və aliment məsələləri və həlli yolları barədə maarifləndirmə işinin aparılması olub.