Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin nəşri olan “Ailə Qadın Uşaq” jurnalının növbəti 25-ci nömrəsi çapdan çıxdı

8 yanvar 2021

Paylaş:

Jurnalda ailə və uşaq siyasəti, gender bərabərliyi və qadın hüquqları, beynəlxalq əməkdaşlıq istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumatlar öz əksini tapmışdır.

Jurnalda Vətən müharibəsi dövründə qazandığımız böyük Qələbə haqqında təəssüratlar, eyni zamanda mülki əhaliyə qarşı baş verən erməni terroru ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatlar yer almışdır.

Bundan əlavə, Komitənin COVİD-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə şəxslər arasındakı münasibətlərdə yaranmış vəziyyəti öyrənmək məqsədilə apardığı təhlil işıqlandırılmışdır. Eyni zamanda koronavirusla mübarizə çərçivəsində ölkə başçısı tərəfindən elan olunmuş “Biz birlikdə güclüyük” şüarına dəstək istiqamətində Komitə və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən həyata keçirilən maarifləndirici və yardım kampaniyaları haqqında məlumatlar əks olunmuşdur.

Çap materialında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumatları da əldə etmək mümkündür.

Əziz oxucular, Sizləri jurnalımızın bu dəfəki sayı ilə tanış olmağa dəvət edir və suallarınızı cavablandırmağa hazır olduğumuzu bildirmək istəyirik.