Dövlət Komitəsi tərəfindən daha 50 ailəyə yardımlar edilib
Paylaş:
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin başlatdığı sosial dəstək kampaniyası davam etdirilir.
Kampaniya çərçivəsində Komitə əməkdaşları və “Ailəm” könüllüləri respublikanın müxtəlif rayonlarında yaşayan daha 50 ailəyə səfər edərək, onlarla psixoloji söhbət aparıb, bayram sovqatları və uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.