Hərbi xidmətdə olan şəxslərin ailələri ziyarət edilib

4 noyabr 2020

Paylaş:

04 noyabr 2020-ci il tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları bələdiyyə nümayəndələri ilə birgə Zərdab rayonu Gəlmə, Hüseynxanlı və Dəliquşçu kəndlərində yaşayan əsgər ailələrini ziyarət edərək onların ümumi vəziyyəti ilə maraqlanıblar.

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Vətənə xidmət edərək, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən igid oğullarımızla qürur duyduqlarını və dövlətin daim əsgər ailələrinin yanında olduğunu qeyd edib.

Görüşün sonunda ailələri maraqlandıran suallar cavablandırılıb və hazırlanmış sovqat payı ailələrə təqdim olunub.