Ermənistan terrorçu əməllərini davam etdirir: Bərdə növbəti dəfə vuruldu

28 oktyabr 2020

Paylaş:

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilib.
 
Nəticədə  20 nəfərdən çox  həlak olan, 70-dən çox  xəsarət alan var, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.