Ermənistan bəşəriyyət əleyhinə hərbi cinayətlərinə davam edir

17 oktyabr 2020

Paylaş:

17 oktyabr 2020-ci il tarixində gecə saatlarında Ermənistan Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutdu və dinc əhali yenidən terror hücumuna məruz qaldı. 
Təcavüzkar Ermənistanın vandal əməlləri nəticəsində qadın və uşaqlar da daxil olmaqla ciddi sayda mülki əhali həyatını itirdi və 40-dan çox insan ağır şəkildə yaralandı. 
Dinc əhalinin, günahsız insanların qəsdən və açıq şəkildə hədəflənməsi Ermənistan hərbi-siyasi rəhbərliyinin əsl simasını bir daha dünya ictimaiyyətinə göstərdi. 
Beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayətidir və Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.