Dövlət Komitəsi tərəfindən cəbhəyanı bölgələrə səfər edilib
Paylaş:
Ermənistanın hərbi təcavüzü və insanların sıx məskunlaşdığı əraziləri ağır artilleriya qurğularından atəşə tutması nəticəsində zərər çəkmiş mülki əhali, xüsusilə də qadın və uşaqların vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 10 və 15 oktyabr tarixlərində cəbhəyanı bölgələrə səfər edilib.
Komitə nümayəndələri səfər zamanı erməni silahlı qüvvələrinin törətdiyi terror aktları nəticəsində zərər çəkən ailələrlə görüşərək onların vəziyyətini və ilkin ehtiyaclarını müəyyən edib. Komitənin Ağdam, Goranboy və Göygöldə yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları da ailələrlə aparılan psixo-sosial işə cəlb olunub.
Mülki əhali ilə keçirilən görüşlərin, ilkin sorğu və müşahidələrin nəticəsi olaraq fövqəladə vəziyyətlərdə uşaq və qadınların, o cümlədən əhalinin xüsusi həssas təbəqəsinin vacib ehtiyac meyarları nəzərə alınaraq təkliflər hazırlanıb və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb. Proses mərhələli şəkildə davam edəcək.