Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 18,000 manat pul vəsaiti köçürüb.
Ərazi bütövlüyünün təmin olunması üçün Vətən savaşına qalxan Azərbaycan Ordusunun qısa müddət ərzində qazandığı uğurlar xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoyulacağına inamı daha da möhkəmləndirmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları da bu vacib günlərdə ölkəmizin müdafiəsi, vətəndaşlarımızın təhlükəsizliyi naminə ordumuzun yanında olduğunu vurğulayır və müqəddəs məqsəd üçün bütün imkanların səfərbər olunmasını vacib hesab edir.