Uşaqlar üçün kulinar ustad dərsi keçirilib

11 sentyabr 2020

Paylaş:

11 sentyabr 2020-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə uşaqların asudə vaxtının səmərəli təşkilinə və sağlam həyat tərzinin təbliğinə dəstək verilməsi məqsədi ilə “Uşaqların kulinar bacarıqlarının artırılması" adlı onlayn ustad dərsi keçirilib. Dərsdə Şüvəlan UADM-in xidmətlərindən yararlanan uşaqlar və valideynlər iştirak ediblər.

Görüş zamanı uşaqlara şirniyyatın hazırlanma qaydası, istifadə olunacaq ərzaqların sayı və ölçüsü bildirilib. Uşaqlar valideynlərin nəzarəti ilə şirniyyat bişiriblər.