"Zərərli vərdişlərə yox deyək" adlı tədbir keçirilib

24 avqust 2020

Paylaş:

24 avqust 2020-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşların maarifləndirməsi üçün "Zərərli vərdişlərə yox deyək" mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə Şüvəlan UADM-in əməkdaşları və 10 məktəbli benefisiar iştirak edib.

Tədbirinin davamında uşaqların hazırladığı posterlər nümayiş olunub, mövzu ilə bağlı müzakirələr aparılıb və bukletlər paylanılıb.