“Sağlam bədəndə sağlam ruh olar” adlı tədbir keçirilib
Paylaş:
10 avqust 2020-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Gənclər İdman kompleksinin birgə təşkilatçılığı ilə “Sağlam bədəndə sağlam ruh olar” adlı onlayn tədbir keçirilib. Tədbirdə Qəbələ UADM-in əməkdaşları və könüllüləri, Azərbaycan Respublikası Cüdo Federasiyasının Şimal zonasının koordinatoru, Qəbələ İdman klubunun cüdo üzrə baş məşqçisi İsmayılov Rail və ailə könüllüsü Nərgiz Əliyeva iştirak edib.
Tədbirdə idmanın insan həyatında və xüsusilə də sağlamlığında, cəmiyyətə faydalı bir fərd kimi yetişməsində oynadığı roldan bəhs edilib, idman növü seçərkən diqqət yetirilməli məqamlar haqqında tövsiyələr verilib.