Çinin Azərbaycandakı Səfirliyi tərəfindən Komitəyə təqdim edilən tibbi maskalar regionlarda paylanılır

26 sentyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən COVİD-19 pandemiyası ilə əlaqədar aparılan profilaktik-maarifləndirmə işləri regionlarda da davamlı olaraq həyata keçirilir.
Bu məqsədlə Hüquqi-təminat şöbəsinin müdir müavini Seymur Məmmədov tərəfindən Çinin Azərbaycandakı Səfirliyi tərəfindən uşaqlar arasında paylanılması məqsədilə Komitəyə təqdim edilmiş 10 min  xüsusi tibbi maska Qadın Resurs Mərkəzlərinin müəyyən etdiyi Salyan, Neftçala Masallı, Biləsuvar rayonlarında yaşayan uşaqlara paylanmışdır. Eyni zamanda, Qadın Resurs Mərkəzlərində və təhsil müəssisələrində uşaqlarla koronavirusla mübarizəyə dair maarifləndirici tədbirlər aparılmış və təlimatlar təqdim edilmişdir. Görüşlərdə koronavirusdan müdafiə qaydaları və gigiyenik qaydalara əməl edilməsi haqqında məlumat verilmişdir. Tibbi maskaların Sabirabad, Zaqatala, Qusar, Xaçmaz, Xəzər və digər rayonlarda da paylanılması nəzərdə tutulur.