“Pasha Holding”-in dəstəyi ilə həyata keçirilən aksiya yekunlaşıb

22 sentyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Pasha Holding”-in dəstəyi ilə  sentyabr ayı boyunca davam etdirilən  ərzaq yardımı aksiyası bu gün  yekunlaşıb. 
 
Aksiya çərçivəsində Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan (Bakı və Bakıətrafı rayonlar), Zaqatala, Ağdam və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən aztəminatlı və risk qrupundan olan ailələrin yaşayış şəraiti, sosial vəziyyətinin qiymətləndirilməsi aparılıb. Müəyyən edilmiş siyahı üzrə 170 ailəyə ərzaq yardımları çatdırılıb.