Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən onlayn formatda vətəndaşların regional qəbulu keçirildi

18 sentyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva 18 sentyabr 2020-ci il tarixində onlayn formatda vətəndaşların qəbulunu keçirib.

Onlayn qəbulda Saatlı, Sabirabad, Hacıqabul rayonundan olan sakinlər iştirak etmişdir.

Qəbulda məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların müayinəsi və müalicəsi, aliment problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı müraciətlərə baxılmışdır.

Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülməsi istiqamətində tapşırıqlar verilib. Eyni zamanda, mövcud problemlərin həlli ilə bağlı digər məsələlər müvafiq strukturlara yönləndirilib.