Çinin Azərbaycandakı Səfirliyi tərəfindən Komitəyə təqdim edilən tibbi maskalar uşaqlara paylanılır

18 sentyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən koronavirus pandemiyası ilə əlaqədar aparılan profilaktik-maarifləndirmə işləri davam etdirilir.

17 sentyabr 2020-ci il tarixində Komitə “NUR” Uşaq evi, “ Azərbaycan uşaqları” İB-nin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi, “Təmiz Dünya” Qadınlara Yardım İB-nin Qadın və Uşaq Sığınacağı, həmçinin, “Ümid yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətində yerləşdirilmiş ümumilikdə 150-yə yaxın uşaq arasında sosial aksiya keçirib.

Aksiya çərçivəsində uşaqlarla koronavirusla mübarizəyə dair maarifləndirici söhbətlər aparılıb, onlarda təhlükəsizlik qaydalarına maraq yaratmaq, gigiyenik normalara əməl etməyə həvəsləndirmək, həmçinin azyaşlı uşaqlara fərdi şəkildə  özlərini qoruma qaydalarını aşılamaq məqsədilə COVİD-19 pandemiyası təhlükəsinin uşaq psixologiyasına zərər vermədən təlimatlar verilmişdir.

Sonda Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən Komitəyə təqdim edilən xüsusi dizayn olunmuş tibbi maska və oyuncaqlar uşaqlar arasında paylanılıb.