Valideyn-uşaq münasibətləri mövzusunda vebinar keçirilib

3 sentyabr 2020

Paylaş:

3 sentyabr 2020-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə valideyn-uşaq münasibətləri mövzusunda onlayn vebinar keçirilib. Vebinarda Sabirabad UADM-in sosial iş üzrə mütəxəssisləri, Gəncə Regional Psixologiya Mərkəzinin psixoloqu və rayon sakinləri iştirak ediblər.

Vebinar zamanı uşaqlarla oyunların qurulması, uşaq psixologiyasına müsbət təsir edə biləcək oyuncaqlardan istifadə edilməsi, uşaqlarla pozitiv ünsiyyət yaratma üsulları, uşaqlarda özünəinam hissinin yüksəldilməsi, valideyn münasibətlərinin uşaq inkişafında rolu haqqında geniş məlumat verilib.

Vebinarın sonunda iştirakçıların sualları cavablandırılıb.