Uşaq Səfirlər Məclisinin iştirakı ilə onlayn konfrans keçiriləcək

31 avqust 2020

Paylaş:

31 avqust 2020-ci il tarixdə “Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfrans keçiriləcək. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunan tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov və Komitə sədrinin müavini Aynur Sofiyeva Uşaq Səfirlər Məclisi üzvlərinin suallarını cavablandıracaqlar.