Məişət zorakılığından zərər çəkmiş qadınların hüquqlarının müdafiəsinə dəstək məqsədi ilə onlayn görüş keçirilib

27 avqust 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vasitəçiliyi ilə "Təmiz Dünya" Qadınlara Yardım İB sığınacağına yerləşdirilmiş (14.07.2020-ci il tarixdə) məişət zorakılığından zərər çəkmiş qadınların hüquqlarının müdafiəsində yaranan problemlərin həllinə dəstək məqsədi ilə növbəti onlayn görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova, şöbənin baş məsləhətçisi Tural Hüseynzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin baş məsləhətçisi Nizami Hüseyinli, ƏƏSMN-nin Aparatının Sosial təminat siyasəti şöbəsinin böyük məsləhətçisi Nuranə Həsənova, ƏƏSMN-nin yanında Dövlət Məşğulluq Xidmətinin məsul əməkdaşı Fuad Mehdizadə, Sosial Xidmət Agentliyinin Sosial xidmətin təşkili departamentinin müdir müavini Tamara Mikayılova və "Təmiz Dünya" Qadınlara Yardım İB sədri Mehriban Zeynalova və digərləri iştirak ediblər.

Görüşdə məişət zorakılığından zərər çəkən şəxslərin hüquqlarının müdafiəsi sahəsində qanunvericilikdə mövcud olan təminatlar və bu təminatların təcrübədə həyata keçirilməsi vəziyyəti müzakirə edilib. ƏƏSMN-nin məsul əməkdaşları sığınacağa yerləşdirilən qadınların problemləri ilə maraqlanaraq məsələlərin nəzarətə götürüləcəyini bildiriblər.

Dövlət Komitəsi bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə onlayn görüşləri gələcəkdə davam etdirəcək.