Komitənin mərkəzlərində maarifləndirmə tədbirləri davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirləri davam etdirilir. Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) tşkilatçılığı ilə 24 avqust 2020-ci il tarixdə Qəbələ və Sabirabadda vebinarlar keçirilib.
Qəbələ UADM uşaqlıq dövrünə xas əlilliyin erkən aşkarlanması və profilaktikası məqsədilə ”Xüsusi qayğıya ehtiyacı olan (XQEO) uşaqların nitq qabiliyyətlərinin inkişaf etdirilməsi” adlı vebinar keçirib.
Vebinarda Qəbələ UADM-in əməkdaşları, loqoped Şəfəq Məmmədova və mərkəz xidmətlərindən bəhrələnən XQEO uşaqlar və valideynləri iştirak ediblər.Valideynlərə nitq qüsurlarının düzgün diaqnozunun qoyulması haqqında ətraflı məlumat və mövzu ilə bağlı tövsiyyələr verilib.
Sabirabad UADM “Qadınların məşğulluğunun artırılması” adlı onlayn görüş keçirib.
Görüş zamanı qadınların məşğulluğunun artırılmasına dair onlayn layihələr, ödənişsiz kurslar, əsas məğulluq sahələri üzrə məlumat verilib, görüş iştirakçılarının sualları cavablandırılıb.