Gəncə şəhərində uşaq hüquqları ilə bağlı təlim keçirilib

5 avqust 2016

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2016-cı il tarixli Sərəncamı ilə Gəncə şəhəri “2016-cı il Avropa gənclər paytaxtı” seçilmiş və bununla bağlı Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq Komitə tərəfindən uşaq hüquqları ilə bağlı 3 avqust 2016-cı il tarixində Gəncə şəhəri, 4 saylı tam orta məktəbdə təlim keçirilib. Təlim Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən uşaqlar üçün təşkil edilən yay düşərgəsi çərçivəsində keçirilib. Təlim zamanı “Uşaq hüquqları: hüquq və vəzifələrimiz. Qanunvericiliyimiz”, “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzularında təlim keçirilib, uşaqlarla aktiv müzakirələr aparılıb, onların fikiləri dinlənilib, tövsiyələr verilib.
Təlim Komitənin Uşaq Problemləri şöbəsinin əməkdaşları- Pərviz Əliyev və Fərid Ədilov tərəfindən aparılıb.