Azərbaycan Britaniya Məzunları Birliyi tərəfindən təşkil edilən “Təhsil üçün əl-ələ” layihəsinin iştirakçıları ilə Komitədə görüş keçirilib
Paylaş:
Azərbaycan Britaniya Məzunları Birliyinin “Təhsil üçün əl-ələ” layihəsi çərçivəsində həyata keçirdiyi yay məktəbində iştirak edən, ucqar bölgələrimizdən olan 30 məktəbli ilə bugün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsində görüş keçirilmişdir.
Görüşdə Komitənin sədr müavini Aynur Sofiyeva, Komitənin aidiyyatı şöbələrinin nümayəndələri, həmçinin Komitənin təşkil etdiyi Forumlarda, müxtəlif tədbir və təlimlərdə öz aktivliyi ilə fərqlənmiş uşaqlar iştirak ediblər.
Görüş zamanı Aynur Sofiyeva çıxış edərək uşaqları salamlamış, Komitə haqqında onlara məlumat vermişdir. Daha sonra Komitənin uşaqlarla bağlı gördüyü tədbirlərin qısa video təqdimatı, həmçinin Komitənin həyata keçirdiyi tədbirlər, layihələr barədə tədbir iştirakçılarına məlumatlar verilib.
Görüşdə Komitənin təşkil etdiyi Forumlarda, müxtəlif tədbir və təlimlərdə öz aktivliyi ilə seçilmiş uşaqlar – Fatima Aslanova, Səma Məmmədzadə və Valeh Həsənov çıxış etmiş, öz uğurları, həmçinin Komitə tərəfindən keçirilən tədbirlərin onlar üçün fayadalarını vurğulayıblar, uşaqlarla öz təəssüratlarını bölüşüblər.