Prezident dövlət qulluqçularını təltif edib
Paylaş:
23 iyun dövlət qulluqçularının peşə bayramı münasibətilə Prezident İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Komitənin Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Aynur Sofiyeva və Pərviz Əliyevi, o cümlədən, təltif olunan bütün həmkarlarımızı bu əlamətdar hadisə münasibəti ilə komitənin kollektivi adından təbrik edir, xalqa məsuliyyətlə xidmət sahəsində yeni-yeni uğurlar arzulayırıq!