“15 İyun-Milli Qurtuluş Günü” münasibətilə regionlarda onlayn tədbirlər keçirildi
Paylaş:
12 iyun 2020-ci il tarixində Ağdam, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad, Şüvəlan, İsmayıllı, Qəbələ, Zaqatala və Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzlərində “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə karantin dövrünün qaydalarına əməl olunmaqla onlayn qaydada silsilə tədbirlər keçirilib.
Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları və Mərkəzdən bəhrələnən uşaqlar və valideynlərin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində şeir müsabiqələri təşkil olunub. Uşaqlar şeir və mahnılar səsləndirərək, öz bacarıqlarını nümayiş etdiriblər. Müsabiqənin nəticəsi olaraq, qaliblərə sertifikatlar təqdim edilib.
Daha sonra “Milli Qurtuluş Günü”münasibətilə Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bu günün mahiyyəti haqqında videoçarx nümayiş olunub, karantin dövrünün qaydalarına riayət edilməklə xüsusi qayğıya ehtiyacı olan uşaqlara bir sıra hədiyyələr paylanılıb.