Qəbələdə “Uşaq və ailələrlə sosial iş” adlı təlim keçirildi

9 iyun 2020

Paylaş:

9 iyun 2020-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə uşaq müəssisələrində və uşaqlara xidmət göstərən sosial xidmət müəssisələrində uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması və profilaktikası məqsədilə “Uşaq və ailələrlə sosial iş” adlı təlim keçirilib.

Qəbələ UADM-nin əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə sosial işçilərin peşəkar sosial iş prosesindən istifadə etmələri, uşaq və ailələr ilə işləyən sosial işçilərin ailə və uşaq problemləri sahəsində elmi biliklərə və praktiki bacarıqlara malik olmalarının vacibliyi haqqında tövsiyələr verilib.