Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və “Uşaq Səfirlər Məclisi” üzvlərinin iştirakı ilə onlayn konfrans keçiriləcək
Paylaş:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan “Uşaq Səfirlər Məclisi” üzvlərinin iştirakı ilə 1 iyun tarixində keçiriləcək konfransın təşkilində məqsəd cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, bu işdə uşaqların iştirakını və fəallığını artırmaq, onlar arasında şəbəkələşməni yaratmaq, həmçinin fikir mübadiləsi apararaq uşaqları bu gün maraqlandıran məsələləri müzakirə etməkdir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçiriləcək konfrans çərçivəsində uşaqlar tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya ünvanlanan suallar cavablandırılacaq və müvafiq istiqamətdə tövsiyələr veriləcək.
Uşaqlara həsr olunmuş bu əlamətdar günün əhəmiyyətini nəzərə alaraq, kütləvi informasiya vasitələrini fəal əməkdaşlığa dəvət edirik.