Komitənin sədr müavini Aynur Sofiyeva Sabirabadda vətəndaşları qəbul edib

13 mart 2020

Paylaş:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 2020-ci il 13 mart tarixində Sabirabad rayonunda  Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.   

Qəbulda Sabirabad, Saatlı, Hacıqabul rayonundan olan  sakinlərin ərizə, təklif və müraciətlərinə baxılıb. Görüş çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, aliment, uşaqlarla ünsiyyət və boşanmalardan yaranan problemlərə, qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı, məişət zorakılığına məruz qalmış şəxslərin hüquqi və sosial xidmətlərə yönəldilməsi və digər məsələlərə baxılıb. 

Qəbulda vətəndaşların Komitənin səlahiyyətləri çərçivəsində müraciətləri müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.