“Ailəm və mən” adlı psixoloji seminar keçirildi
Paylaş:
Martın 12-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən İsmayıllıda “Ailəm və mən” adlı psixoloji seminar keçirilib.
Seminarda UADM-in əməkdaşları, İsmayıllı RİH-in nümayəndəsi, tibb işçiləri, məktəblərin psixoloqları, İsmayıllı Humanitar və Texnologiyalar Kollecinin bir qrup müəllimi, Mərkəzdə psixoloji xidmətdən bəhrələnən qadınlar, habelə psixoloji xidmətdən bəhrələnən uşaqların valideynləri iştirak edib.
Tədbirdə Mərkəzin psixoloqu, ailə məsləhətçisi Ülkər Məhərrəmova ailədə xoşbəxt yaşamağın sirləri haqqında danışıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.