Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirinin Müavini cənab Vil Gillə görüşü keçirildi
Paylaş:
19 sentyabr 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirinin Müavini cənab Vil Gillə görüşü baş tutub.
Görüşdə Heyli Rayt (ABŞ Dövlət Departamentinin İnsan Alverinə Qarşı Mübarizə Ofisinin Azərbaycan üzrə koordinatoru), Syuza Çesli (Siyasi İşlər üzrə Müşavir), Hüseyn Pənahov (Siyasi İşlər üzrə Mütəxəssis), Randall Olson (USAİD, Demokratiya və İdarəçilik Ofisinin Direktor Müavini), Aybəniz Məmmədova (USAİD, Layihə İdarəetməsi üzrə Mütəxəssis) və Komitənin əməkdaşları iştirak ediblər.
İkitərəfli görüş çərçivəsində gender bərabərliyinin təmin edilməsi, yeni layihələrin və təkliflərin hazırlanması, qadın sahibkarlığının inkişafı və digər sahələr ətrafında müzakirələr edilib.
Eyni zamanda, tərəflər arasında yuvenal ədliyyə və məişət zorakılığının qarşısının alınması sahəsində beynəlxalq təcrübə ilə mübadiləsi və milli qanunvericiliyin təkmilləşdirilməsi mövzuları üzrə danışıqlar aparılıb.
İkitərəfli görüş çərçivəsində insan alveri ilə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi və davam etdirilməsi qərarı verilib.