Xocalı faciəsi ilə bağlı tədbir keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda tariximizə, mədəniyyətimizə hörmət hissinin gücləndirilməsi, Qarabağla bağlı həqiqətlərin uşaqlara ətraflı olaraq çatdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir.
Xocalı faciəsinin 28-ci il ildönümünün yad edilməsi məqsədilə 26 fevral 2020-ci il tarixində saat 15:00-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində (ünvan: Bakı şəhəri, Şərifzadə küçəsi 241) Komitə tərəfindən rəsmi şəxslərin, eləcə də uşaqların da iştirakı ilə tədbir keçirilməsi nəzərdə tutulub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin Gəncə, Mingəçevir, Lənkəran şəhərləri, Zaqatala, Şamaxı, Qəbələ rayonlarında yerləşən mərkəzləri vasitəsilə 120-yə yaxın uşağın tədbirə birbaşa qoşulması təmin olunacaq. Tədbirdə iştirak edəcək uşaqlara Xocalı faciəsi barədə geniş məlumat veriləcək və tədbir zamanı həmin uşaqlar sosial şəbəkələr vasitəsilə ölkədə və xaricdə yaşayan insanlara faciə barədə məlumatları əks etdirən mesajlar çatdıracaqlar.