Qadın məşğulluğunun artırılması məqsədilə tədbir keçirilib
Paylaş:
Fevralın 13-ü Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzində “Qadınların məşğulluğunun artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə UADM-in əməkdaşları, könüllülər və icmadan olan qadınlar iştirak ediblər.
Tədbirdə qadınlarımızın cəmiyyətdə yeri və rolu, onların ictimai həyatda fəal iştirakının daim diqqətdə olması bildirilib. Bu, dövlətimizin qadınlarımıza göstərdiyi münasibətin müsbət göstəricisidir.
Qeyd edilib ki, qadınların məşğulluğunun artırılması məqsədi ilə şəhər və rayonlarda bir çox iş yerləri açılıb və bunun nəticəsində qadınların hər sahədə, o cümlədən də dövlət idarəçiliyində fəallığı diqqəti cəlb edir.
Tədbir sual-cavabla yekunlaşıb.