Reproduktiv sağlamlıqla bağlı tədbir keçirilib
Paylaş:
Fevralın 13-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi S.Ə.Şirvani adına İsaqbağı kənd məktəbində “Reproduktiv sağlamlıq“ mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə UADM-nin əməkdaşı, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Şagirdlərə reproduktiv sağlamlıq üzrə geniş məlumatlar verilib, sanitar - gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub.
Sonda müzakirə aparılıb, mövzu haqqında video -çarx nümayiş olunub.