“Əlilliyin erkən profilaktikası” adlı tədbir keçirilib
Paylaş:
Yanvarın 31-i Hacıqabul rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzi “Fidanlar” uşaq bağçasında “Əlilliyin erkən profilaktikası” adlı tədbir keçirib. Tədbirdə UADM-in əməkdaşları, ”Fidanlar” uşaq bağçasının müəllimləri və bağçadan bəhrələnən uşaqlar iştirak ediblər. İştirakçılara sağlam gələcək üçün vaxtında həkim müayinəsindən keçərək əlilliyin erkən profilaktikasının aparılmasının insanların fiziki, psixoloji və sosial rifahının qaydasında olması baxımından vacib olduğu bildirilib.
Tədbirin sonunda iştirakçılara tədbirlə bağlı bukletlər paylanılıb.