”Qadınlar Dayanıqlı İnkişafa Doğru!” adlı tədbir keçirilib
Paylaş:
Yanvarın 29-u Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzində ”Qadınlar Dayanıqlı İnkişafa Doğru!” adlı tədbir keçirilib. Tədbirdə UADM-in əməkdaşları, könüllülər və icmadan olan qadınlar iştirak ediblər.
İştirakçılara dövlətin yaratdığı imkanlar sayəsində Azərbaycan qadınlarının səhiyyədə, təhsildə, idmanda və digər sahələrdə qazandığı uğurlardan danışılıb. Bildirilib ki, qadınlarımız hər zaman cəmiyyətin aparıcı qüvvəsi olub, öz intelektual səviyyələri ilə seçiliblər.
Tədbirin sonunda, Resublikamızın tarixində müstəsna rol oynamış qadınların fəaliyyətini əks etdirən video çarx göstərilib.