“Dispanserizasiyanın vacibliyi” adlı tədbir keçirilib
Paylaş:
Yanvarın 29-da Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Sabirabad rayon 1 saylı uşaq bağçasında “Dispanserizasiyanın vacibliyi” adlı tədbir keçirilib. Tədbirdə mərkəz əməkdaşları, bağça müəllimləri və uşaqlar iştirak edib.
İştirakçılara dispanserizasiyanın vacibliyindən danışılıb, bağça müəllimlərinə valideyinlərin maarifləndirilməsində dəstək olmaları tövsiyyə olunub.
Sonda iştirakçılara mövzu haqqında mərkəzin xidmətlərini əks etdirən buklet paylanılıb.