“İnsan alverinin qurbanı olma!” adlı tədbir keçirilib

27 yanvar 2020

Paylaş:

Yanvarın 27-si Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “İnsan alverinin qurbanı olma!” adlı tədbir keçirilib. İnsan alveri qurbanı olma  riskinin azaldılması məqsədilə keçirilən bu tədbirdə UADM-in əməkdaşları, könüllülər, sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri iştirak  edib.

Tədbirdə insan alveri və onun son zamanlar böyük bir problemə çevrilməsindən, insan alveri qurbanlarının əsasən qadın və qızların olmasından danışılıb. Mövzuya aid video-çarx nümayiş olunub.

Tədbirin sonunda  iştirakçılara mövzunu əhatə edən bukletlər  paylanılıb.