Uşaq Səfirlər Məclisi
Paylaş:
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə “Uşaq Səfirlər Məclisi”nin yaradılmasını elan edir. Məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələr aparılacaq, onların həlli istiqamətində təkliflər irəli sürüləcək. Məclis üzvü seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqları təşkil edilən müsabiqədə iştirak etməyə dəvət edirik.
Məclis üçün ilkin qeydiyyat (qeydiyyat linki https://forms.gle/t7GwhWkW4spzCYtQ6) və növbəti mərhələlər haqqında ətraflı məlumatı buradan ala bilərsiniz.
http://www.scfwca.gov.az/page/usaq-sefirler-meclisi
Müraciət üçün son tarix 5 fevral 2020-ci il.