Komitə nümayəndələri azyaşlı Nərmin Quliyevanın ailəsini ziyarət ediblər
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları (sosial işçi və psixoloq) Tovuz rayonunun Dondar Quşçu kəndində yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın ailəsini ziyarət ediblər.
Ziyarət zamanı ailənin digər uşaqları və valideynlərlə sosial-psixoloji qiymətləndirilmə aparılıb. Ehtiyac olacağı təqdirdə ailə ilə müvafiq işlər aparılacaqdır.
Qeyd edək ki, yanvarın 7-də məlum hadisə ilə bağlı Komitənin mövqeyini əks etdirən mətbuat açıqlaması verilib. Bildiririk ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən zorakılığı törədənlər mütləq şəkildə məsuliyyətə cəlb edilməlidir.