“Sağlam həyat tərzi. QİCS-dən qorunma yolları” mövzusunda tədbir keçirilib
Paylaş:
2018-ci ilə ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsilli müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məlumatları) və QİŞS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilir.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarında yerləşən ilk peşə-ixtisas təhsil müəssisələrində planlaşdırılır. Növbəti tədbir 13 dekabr 2019-cu il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 5 nömrəli Bakı Peşə Liseyində “Ümumdünya QİCS-lə mübarizə günü”nə həsr olunmuş “Sağlam həyat tərzi. QİCS-dən qorunma yolları” mövzusunda liseyin tələbələrinin iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Ziba Ağayeva tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbir keçirilməsinin əhəmiyyətini vurğulayub. O, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli tədbir iştirakçılarına Komitənin iş istiqaməti və fəaliyyəti haqqında məlumat verərək, sağlam həyat tərzinin vacibliyindən, ziyanlı vərdişlərin fəsadlarından, narkomaniyaya düçar olmuş insanların həyatına təsirindən danışıb. O, həmçinin hal-hazırda ailələri narahat edən problemlərdən, nikahın pozulması nəticəsində yaranan problemlərdən, ailədə zorakılığın, erkən nikahın, qan qohumluğunun, insan alverin, qeyir-rəsmi nikahların fəsadlarından söhbət aparıb.
Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai-səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti, epidimioloq Lətafət Dadaşova “Sağlam həyat tərzi. QİCS-dən qorunma yolları” mövzusunda çıxış edib.
Sonra Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına paylanıb və “Azərbaycan Ailəsi” Film Festivalına təqdim olunan milli-mənəvi, eləcə də ailə dəyərlərindən bəhs edən “Ailə bir ağacdır” qısametrajlı film və cəmiyyətdə mövcud olan problemlərdən bəhs edən “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş edilib.